İlham Əliyev “Formula-1”in rəhbərini qəbul edib
08 oktyabr 2014 16:45 (UTC +04:00)

İlham Əliyev “Formula-1”in rəhbərini qəbul edib

Prezidenti İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.
Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib. Bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar