Prezident İlham Əliyev Hidayət Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Hidayət Xuduş oğlu Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Hidayət Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.