Prezident İlham Əliyev Fransa Müdafiə Nazirliyinin Beynəlxalq İnkişaf İdarəsinin direktoru Stefan Rebi qəbul edib.
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin önəmi qeyd olunub. Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Fransa Müdafiə Nazirliyinin idarə rəisini qəbul edib
504