Prezident Əhməd Davudoğluna zəng etdi
29 avqust 2014 17:05 (UTC +04:00)

Prezident Əhməd Davudoğluna zəng etdi

Avqustun 29- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. Lent.az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.


Əhməd Davudoğlu təbrikə və diqqətə görə prezident İ. Əliyevə minnətdarlığını bildirib.


Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar