Prezident çexiyalı həmkarını təbrik etdi
27 oktyabr 2014 18:30 (UTC +04:00)

Prezident çexiyalı həmkarını təbrik etdi

0

Prezident İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan respublikası ilə Çex respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar