Prezident Avstriyanın Azərbaycandakı səfirini qəbul edib
03 noyabr 2014 15:19 (UTC +04:00)

Prezident Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev bu gün Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.


İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar