Prezident avstriyalı naziri qəbul edib
12 sentyabr 2014 11:04 (UTC +04:00)

Prezident avstriyalı naziri qəbul edib

Prezidenti İlham Əliyev Avstriya Respublikasının Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurtsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Prezident ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Sebastian Kurts Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir öz növbəsində bu səfərin ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar