Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
02 fevral 2015 15:53 (UTC +04:00)

Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olunub, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar