Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının fövqəladə və səlahiyyətli səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Lent.az-ın AzərTAac-a istinadən məlumatına görə, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edərək bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb.
Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.