Prezident İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncamla H. Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamına əsasən isə, Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.