Prezident: <span style="color:red;">"Biz öz qərarımızı dəyişməyəcəyik"
19 sentyabr 2014 15:47 (UTC +04:00)

Prezident: "Biz öz qərarımızı dəyişməyəcəyik"

“Ermənistanın işğalçılıq siyasəti həmin ölkəni region dövlətləri arasındakı əməkdaşlıq layihələrindən təcrid edib”. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev bildirib. O qeyd edib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələri və digər layihələr Ermənistanın iştirakı olmadan həyata keçirilir. “Biz öz qərarımızı dəyişməyəcəyik. Bütün gücümüzlə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün çalışacağıq”.

Dövlət başçısı vurğulayıb ki, TANAP Türkiyə ilə Azərbaycanın birgə layihəsidir. “Enerji sahəsindəki layihələr yalnız ölkələrimiz üçün deyil, bölgə və dünya ölkələri üçün də əhəmiyyətə malikdir. Sabah bu layihələrdən daha birinin təməlini atacağıq”.

İki ölkə arasında hər sahədə olduğu kimi, iqtisadi sahədə də əhəmiyyətli inkişafın olduğunu vurğulayan İlham Əliyev əməkdaşlıq sırasında enerji layihələrinin əhəmiyyətli yer tutduğunu qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar