Prezident “Rossiya Seqodnya” agentliyinin baş direktorunu qəbul edib
23 sentyabr 2014 18:01 (UTC +04:00)

Prezident “Rossiya Seqodnya” agentliyinin baş direktorunu qəbul edib

Prezident İlham Əliyev bu gün “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Dmitri Kiselyov agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək dəyərləndirib.


Dövlət başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb.
 

Görüşdə Azərbaycan ilə Rusiya arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar