Prezident “Qaçqın” statusu verilməsi haqqında Qayda"ya dəyişiklik etdi
09 sentyabr 2015 18:11 (UTC +04:00)

Prezident “Qaçqın” statusu verilməsi haqqında Qayda"ya dəyişiklik etdi

Prezident İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. ikinci abzasın birinci cümləsindən “daxili işlər orqanları tərəfindən”, “zərurət yarandıqda” və “və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır” sözləri çıxarılıb;

2. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilib:

“Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, “qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar