Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən , Maliyyə Nazirliyinə dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3,0 (üç) milyon manat ayrılmasını təmin etmək tapşırılıb.