Prezident İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə Məmmədov Həmzə Hüseyn oğlu, Məmmədov Vahid Firuddin oğlu və Muradov Zahid Bəhrəm oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Prezidentin digər sərəncamı ilə Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.