Polşada Azərbaycanla bağlı xatirə lövhəsi qurulacaq
10 fevral 2015 20:59 (UTC +04:00)

Polşada Azərbaycanla bağlı xatirə lövhəsi qurulacaq

Azərbaycanın Polşadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, Polşanın “Kuryer Poludnyovı” (Kurier Poludniowy) qəzetində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun Pruşkuv rayonunun yeni seçilmiş icra hakimiyyətinin başçı  Zdislav Sipiera ilə görüşü haqqında məqalə dərc olunub. Məqalədə bildirilir ki, görüşdə Pruşkuv rayonu ilə Xəzər rayonu arasında mövcud əlaqələrdən və son illər görülmüş işlər haqqında danışılıb. Görüş çərçivəsində səfir Həsən Həsənov Pruşkuv rayonunda 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklərin Qırmızı Ordusu tərəfindən işğal olunduqdan sonra marşal Yuzef Pilsudski tərəfindən Polşaya dəvət olunmuş azərbaycanlı siyasi mühacirlərin xatirəsinə qurulacaq xatirə lövhəsindən danışıb. 

 

Zdislav Sipiera qeyd olunan lövhənin qurulmasını polyaklar üçün qururverici olduğunu vurğulayıb. Görüşdə, səfirlik tərəfindən maliyyələşəcək xatirə lövhəsinin yaxın vaxtlarda qurulması üçün müvafiq işlərin görüləcəyi razılaşdırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar