APA-nın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub: “Həmsöhbətlər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, eləcə də Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər”.
Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüşüb.