Roma Papası Fransisk Türkiyəyə gözlənilən səfərindən sonra Ermənistana da gedə bilər. APA-nın məlumatına görə, bu barədə “La Repubblica” qəzeti yazıb.
Qəzet bildirib ki, pontifik öz səfərləri çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunacaq.
Qeyd olunur ki, hələ Papa seçiləndən əvvəl argentinalı Fransisk Buenos-Ayresdəki erməni icması ilə isti münasibətlər saxlayıb və “erməni soyqırımı”nı XX əsrin “ilk soyqırımı” adlandırıb.