Pakistan qəzeti: Ermənistan uçuşa yasaq olan hava məkanını pozub
14 noyabr 2014 15:07 (UTC +04:00)

Pakistan qəzeti: Ermənistan uçuşa yasaq olan hava məkanını pozub

Pakistanın “States Times” qəzetində “Ermənıstan helikopteri işğal olunmuş Azərbaycan ərazisində Azərbaycan ordusu tərəfindən vurulub” başlıqlı məqalə dərc edilib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda Pakistanın sabiq xarici işlər üzrə katibi, senator Əkrəm Zəki Azərbaycan işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz təlimlər keçirdiyini və uçuşa yasaq olan hava məkanını pozduğunu bildirib. Pakistan ordusunun ehtiyatda olan generalı Amcad Şoheyb isə deyib ki, Ermənistanın Mi-24 döyüş helikopteri Azərbaycan ərazisində düşüb və bu da Ermənistanın Azərbaycanın hava məkanını pozmasının bariz sübutudur. Bildirilib ki, bəzi dairələr tərəfindən Azərbaycanın ittiham edilməsi əsassızdır və təəccüb doğurur.

 

Məqalədə münaqişə haqqında da məlumat verilərək Ermənistan ordusu tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğu, Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonun hələ də işğalçılar tərəfindən azad edilmədiyi xatırladılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar