Pakistan mətbuatında  “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqalə dərc olunub
01 dekabr 2014 13:12 (UTC +04:00)

Pakistan mətbuatında “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqalə dərc olunub

Pakistanın “Tribute İnternational” jurnalı noyabr buraxılışında Azərbaycana xüsusi reportaj həsr edib. Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, jurnalın üz qabığında səhifəsində Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın portretlərinin əks olunduğu reportajda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistanda həyata keçirtdiyi və icrada olan layihələrə həsr edilən məqalə və Azərbaycanın Konstitusiya Gününə həsr edilmiş yazı dərc edilib.

Jurnalıst Bilal Şəhidin “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqaləsində Fondun 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra bu ölkədə öz fəaliyyətinə başladığı və 2007-ci ildə Kəşmirin Müzəffərabad şəhərində 500 nəfərlik qızlar məktəbini inşa etdiyini vurğulamışdır.

Daha sonra məqalədə bildirilib ki, 2012-ci ildən başlayaraq Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə genişmiqyaslı layihələr həyata keçirilməsinə başlanıb.


Bu proqram çərçivəsində Pakistanın Edhi Home kimsəsizlər evində sığınacaq tapmış uşaq və ahıllara B hepatitinə qarşı pulsuz peyvəndləşdirmə aparılıb.

 

Yazıda eyni zamanda, Azərbaycan Konstitusiyasının bəzi bəndlərindən çıxarışlar da nəşr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar