Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.