NATO Dağlıq Qarabağda keçirilən “seçkilərin” nəticələrini tanımadı
04 may 2015 20:36 (UTC +04:00)

NATO Dağlıq Qarabağda keçirilən “seçkilərin” nəticələrini tanımadı

"NATO ötәn gün Dağlıq Qarabağda keçirilәn "seçkilәr"in nәticәlәrinin Dağlıq Qarabağın hüquqi statusuna tәsir  edәcәyini vә ya Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli prosesinin nәticәsini әvvәlcәdәn müәyyәn edәcәyini qәbul etmir".

 

APA-nın mәlumatına görә, bu barәdә  NATO baş katibinin  Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün "facebook" sәhifәsindә yazıb.

 

“NATO ATӘT-in Minsk qrupunun seçki ilә bağlı bәyanatını dәstәklәyir. Biz Minsk qrupu çərçivəsində Azәrbaycan vә Ermәnistan prezidentlәri arasında dialoqun tez bir zamanda davam  edәcәyini  gözlәyirik", C. Appaturay qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar