Namizədlərin sayı 665-ə çatdı
16 sentyabr 2015 16:28 (UTC +04:00)

Namizədlərin sayı 665-ə çatdı

0
 
Bu günə qədər 665 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

 

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) MSK sədri Məzahir Pənahov bildirib. Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib. 


Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar