Müsavatdan çıxarılanlar partiyanın qərargahı qarşısında piket keçirəcəklər
Noyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında piket olacaq.
Bu barədə APA-ya Müsavat Partiyasından çıxarılan Kamil Xəlilbəyli məlumat verib.
K. Xəlilbəyli bildirib ki, partiya rəhbərliyi tərəfindən haqsızlıqlara etiraz olaraq noyabrın 15-də piket keçirəcək. O, narazı olan digər şəxsləri də piketə qoşulmağa dəvət edib.
Xatırladaq ki, K. Xəlilbəyli dünən Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın siyasi xəttinə zidd hərəkət etdiyi üçün Müsavatdan çıxarılıb.