Müsavatda sular durulmur: <span style="color:red;">"...məni ağır söyüşlərlə təhqir etdi"
20 noyabr 2014 12:42 (UTC +04:00)

Müsavatda sular durulmur: "...məni ağır söyüşlərlə təhqir etdi"

Müsavat Partiyası Binəqədi rayon təşkilatının Şura üzvü Arif Əzizzadə sədr Nemət Kərimlidən Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət edib. Lent.az-ın xəbərinə görə, A.Əzizzadə “qafqazinfo”ya açıqlamasında bildirib ki, buna səbəb N.Kərimlinin iclasda onu söyməsi olub: “Nemət Kərimli rəhbərlik etdiyi klanla birgə mənim sədri olduğum özəl təşkilatı buraxdırmışdı. Mən bundan Divana şikayət etdim ki, MNTK-nın qərarı olmadan təşkilat buraxılıb, bu da nizamnaməyə ziddir. Bundan sonra Divan özəl təşkilatını bərpa etdi. Ötən bazar Nemət Kərimli yığıncaq çağırdı, özü gündəlik təklif etdi. Gündəliyə mənim partiya sıralarından çıxarılmağımı əlavə etmişdi. Noyabrın 18-də keçirilən iclasda bunun üçün müzakirə apardıq. Mənə dedi "sən sabotajçısan". Mən də dedim "sabotajçı sənsən". İki nəfər durub iclası tərk etdi. Dedilər biz istefa veririk, bu Şurada otura bilmərik. Sonra Nemət Kərimli qadınları çölə çıxarıb məni ağır söyüşlərlə təhqir etdi. Dilimə gətirə bilməyəcəyim söyüşlər söydü. Mən də söyüşlərinə görə ondan MNTK-ya şikayət etdim. Bu adam partiya sıralarından uzaqlaşdırılmalıdır. O cür nalayiq söyüşlər söyən adam bu gün Divan üzvüdür”.

 

A.Əzizzadə bildirib ki, qurultayda başqanlıq seçkilərində Arif Hacılıya səs verib.

 

Xatırladaq ki, partiyada bir neçə gün əvvəl də söyüş qalmaqalı baş vermişdi. Belə ki, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının üzvü, partiya Məclisinin üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) Kamil Xəlilbəyli ilə yazışmalasında söyüşə yol verdikləri üçün birinciyə xəbərdarlıq, ikinci isə partiya sıralarından xaric olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar