Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.
Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, BŞİH Müsavata qurultay keçirmək üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib: “İcra hakimiyyətinin məktubu partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında müzakirə edildikdən sonra qərar veriləcək”.