Müsavat tarixində <span style="color:red;">İLK : Qubad İbadoluna görə Divanın vaxtı dəyişdi
05 fevral 2015 18:31 (UTC +04:00)

Müsavat tarixində İLK: Qubad İbadoluna görə Divanın vaxtı dəyişdi

Müsavat Partiyasının tarixində ilk dəfə olaraq Divanın tarixi dəyişdirilib.

Lent.az-ın məlumatına görə, bu barədə partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlu yazıb.

Q.İbadoğlu  bildirib ki, Müsavat rəhbərliyi onu fevralın 9-da (növbəti həftənin birinci günü) Divanın iclasına dəvət etsə də,  fevralın 9-dan 18-dək Vaşinqtonda səfərdə olduğundan iclasda iştirak edə bilməyəcək:

“Bu barədə dəvət göndərənlərə müxtəlif formada - şəxsən, sosial şəbəkə və mətbuat vasitəsilə cavabımı çatdırmışdım və bildirmişəm ki, vətənə dönəndən sonra - fevralın 23-də Divanın növbəti iclasında iştirakımla bağlı heç bir problem olmayacaq”. 

Buna baxmayaraq, dünən yenidən başqanlığa keçmiş namizədə Divanın iclasına dəvət göndəriblər:

Məlum olub ki, yeni rəhbərlik Müsavatın tarixində ilk dəfə Divanın iclasının vaxtını mənə həsr etdikləri 1 məsələyə görə dəyişib. Adətən, həftənin ilk iş günü (bazar ertəsi) saat 2-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 6-ya dəyişdirilib”. 

Qubad İbadoğlu bir müsavatçı olaraq hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib: “Divanın iclasının açıq keçirələcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə iclasa qatılmağa razıyam”.

O, sonda vurğulayıb ki, partiya yoldaşlarından, nə də xalqından gizli sirri, sözü, davranışı yoxdur: “Qoy, hər kəs kimdənsə, hardansa eşitdiyinə görə yox, gördüyünə qiymət versin və bir daha əmin olsun ki, uzun illər fədakar və mübariz müsavatçılarla birgə getdiyimiz yolumuzu davam etdiririk və bu mübarizədə amalımız Azərbaycandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104

Oxşar yazılar