Müsavat rəhbərliyi bu gün NİDA ilə görüşəcək
20 dekabr 2013 10:41 (UTC +04:00)

Müsavat rəhbərliyi bu gün NİDA ilə görüşəcək

Müsavat Partiyasının rəhbərliyi bu gün NİDA Vətəndaş Hərəkatının rəhbərliyi ilə görüşəcək.

 

Bu barədə Lent.az-a NİDA VH-nin idarə heyətinin üzvü Ülvi Həsənli məlumat verib.

 

Ü.Həsənlinin sözlərinə görə, görüş təklifi Müsavat Partiyasından gəlib və partiyanın daha öncə də AXCP, KXCP və “El” Hərəkatı rəsmiləri ilə keçirdiyi görüşlərlə eyni məzmundadır.

 

Görüşdə NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvləri iştirak edəcək. Müsavat Partiyasını isə başqan, mərkəzi icra aparatının rəhbəri və müavinlər təmsil edəcək.

 

Görüş saat Müsavat Partiyasının qərargahında baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar