Müsavat Partiyasının qərargahının qarşısında bir qrup gənc etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, onlar Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki gün əvvəl Novxanıda keçirilən tədbirdəki çıxışına etirazlarını bildiriblər.
Polis aksiyaçıları Müsavat qərargahı yaxınlığından uzaqlaşdırıb.