Müsavat Partiyasının yeni başqanı məlum olub
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı seçilib. Lent.az-ın məlumatına görə, qurultay nümayəndələrin əksəriyyəti - 228 nəfər Arif Hacılının namizədliyinə səs verib. Tələb olunan səs çoxluğu 225 səs təşkil edib. Qubad İbadoğlu 200, Tural Abbaslı – 19 səs toplayıb.
Qeyd edək ki, Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizəd olublar. S. Əlisoy öz namizədliyini Q. İbadoğlunun xeyrinə geri götürüb.
2401