Müsavat partiyasına mitinq icazəsi verildi
12 dekabr 2014 11:27 (UTC +04:00)

Müsavat partiyasına mitinq icazəsi verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

 

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, qurum müraciəti araşdırıb və mitinqə razılıq verib: “Mitinqin saat 15:00-dan 17:00-a qədər keçmiş “Məhsul” stadionunda keçirilməsi məqsədəuyğun hesab edilib”.

 

Qeyd edək ki, Müsavat Partiyası 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar