Müsavat mitinq keçirmək istəyir
05 oktyabr 2015 18:09 (UTC +04:00)

Müsavat mitinq keçirmək istəyir

0

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib.

 

Divanın iclasında 25 oktyabr 2015-cü il tarixdə saat 15:00-dan 17:00-dək Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) “Azad seçki!” şüarı ilə mitinq keçirmək qərara alınıb.

 

Partiyanın rəhbər orqanları tərəfindən 1 noyabr 2015-ci ilə təyin edilmiş Parlament seçkilərində namizədlikləri irəli sürülənlərdən başqa digər partiya üzvlərinin namizdəliklərinin irəli sürülməsinin, Müsavat Partiyasının Nizamnaməsinə görə yolverilməz olduğu qeyd edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi və qeydiyyatdan dərhal sonra həmin partiya üzvlərinin partiya məsuliyyəti məsələsinə baxılması qərara alınıb.

 

Sonda carı məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar