Müsavat Gənclər Təşkilatına müvəqqəti sədr seçilib
22 oktyabr 2014 23:41 (UTC +04:00)

Müsavat Gənclər Təşkilatına müvəqqəti sədr seçilib

Müsavat Partiyası Gənclər Təşkilatına (MGT) müvəqqəti sədr seçilib.

 

Lent.az-ın məlumatına görə, bu gün MGT şurasının toplantısı keçirilib. Toplantıda ümumi yığıncağın keçirilməsi ilə əlaqədar 5 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Partiyanın Gənclər Təşkilatı adından təmsilçilik səlahiyyətləri təşkilat komitəsinin sədri Səma Qabulovaya həvalə edilib. 

 

S. Qabulova isə Lent.az-a açıqlamasında bildirib ki, müvəqqəti sədr kimi gənclərin ümumi yığıncağı formalaşanadək fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, MGT-nin sədri Əhliman Abbas partiyanın qurultayında yaranmış narazılıqlarla əlaqədar istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar