Müsavat Divanı: Partiyada ikitirəlik yaratmaq cəhdləri var
11 noyabr 2014 19:38 (UTC +04:00)

Müsavat Divanı: Partiyada ikitirəlik yaratmaq cəhdləri var

Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, partiyanın rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri barədə məlumatlar dinlənilib.

 

Qeyd olunub ki, keçirilən müşavirələrdə seçkinin nəticələrindən narazı qalan bir qrup şəxsin pozuculuq, fraksiya və başqa adlar altında partiyada ikitirəlik yaratmaq cəhdləri kəskin şəkildə pislənilərək bəyanat və müraciətlər qəbul olunub.

 

Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib, noyabrın 23-də Bakıda ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

 

Bəyanatda deyilir ki, Müsavat Partiyasının VIII Qurultayından sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir. Müsavatın əleyhinə olan bu fəaliyyətin kəskin pislənilməsini də nəzərə alaraq, Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə yönəlmiş pozuculuq hərəkətlərinə və partiyada paralel strukturlar yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın Nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar