Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Divan üzvü Səxavət Soltanlı APA-ya açıqlamasında deyib ki, iclasda ictimai-siyasi məsələlər, dünən keçirilən ümumrespublika müşavirəsi barədə müzakirələr aparılıb.
Onun sözlərinə görə, partiya 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.
Mitinqin keçmiş “Məhsul” stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.