Bu gün Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib.
APA-nın xəbərinə görə, piketdə "Azadlıq" və digər şüarlar səsləndirilib.
Aksiya iştirakçıları partiyanın Bakının mərkəzində yürüş keçirmək üçün müraciətinə BŞİH-nin razılıq verməməsinə etiraz ediblər.
Aksiya dağılandan sonra partiya üzvləri Səxavət Soltanlı, Tofiq Yaqublu, Elman Fəttah, Mustafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli və Rəhim Yaqublu polis tərəfindən saxlanılıb.