Müdafiə Nazirliyi: “Azərbaycan ordusu heç bir itki verməyib”
12 yanvar 2015 00:44 (UTC +04:00)

Müdafiə Nazirliyi: “Azərbaycan ordusu heç bir itki verməyib”

“Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”.

 

Lent.az-ın xəbərinə görə, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

 

“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir” - deyə polkovnik V.Dərgahlı bildirib.

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində atışma baş verməsi, hər iki tərəfin itki verməsi barədə xəbər yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar