Günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.