Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb
11 avqust 2015 18:03 (UTC +04:00)

Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

0

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Z.Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək onu "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar