APA-nın müdafiə nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə naziri görüşün əhəmiyyətini qeyd edərək, Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən xarici hərbi prioritetlərimiz barədə geniş məruzə ilə çıxış edib.
Sonra xidməti fəaliyyətlər nəzərdən keçirilib, qarşıda duran məqsəd və vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıxov da iştirak edib.