Azərbaycanın Müdafiə Nazirliyində görüş olub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.