Monteneqronun prezidenti Filip Vuyanoviç ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən gecə Azərbaycana gəlib.
APA-nın xəbərinə görə, Heydər Əliyev beynəlxalq aeroportunda prezident Filip Vuyanoviçi Azərbaycan XİN və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.