Moldova Rusiya ilə münasibətləri düzəltmək istəyir
02 avqust 2015 09:48 (UTC +04:00)

Moldova Rusiya ilə münasibətləri düzəltmək istəyir

0

Moldovanın yeni baş naziri Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, onun sözlərinə görə, Rusiya Moldova  üçün mühüm tərəfdaşdır, lakin tərəflər arasında qarşılıqlı anlaşma kifayət qədər deyil.   

 

“Dialoqu bərpa etmək, milli maraqları izah etmək lazımdır. İqtisadi və hərbi sahələrdə biz fərqlənsək də, danışıqlar masası arxasında beynəlxalq hüquq nöqteyi-nəzərdən biz bərabərik”, deyə Strelets qeyd edib.    

 

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya Moldova ilə azad ticarət rejimini qüvvədən düşmüş elan edib.  Buna səbəb Moldovanın Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması haqqında saziş imzalaması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar