Milli Şuranın sessiyasının yeri ilə bağlı fikir ayrılığı yaranıb
22 iyul 2014 16:08 (UTC +04:00)

Milli Şuranın sessiyasının yeri ilə bağlı fikir ayrılığı yaranıb

Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası gecikir.


 

VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı APA-ya açıqlamasında sessiyanın gecikməsinin yer problemi ilə bağlı olduğunu deyib.

 

Milli Şuranın sədri Cəmil Həsənli də APA-ya açıqlamasında bildirib ki, sessiya keçirmək üçün özəl müəssisələrə müraciət ediblər, lakin hələlik razılıq alınmayıb.

 

Qeyd edək ki, Milli Şura indiyədək sessiyalarını KXCP-nin qərargahında keçirib. Sessiyanın KXCP-nin qərargahında hansı səbəbdən keçirilmədiyi barədə suala cavabında C. Həsənli bildirib ki, KXCP ehtiyat yer kimi saxlanılır.

 

“Bizim KXCP-dən başqa da yerimiz olmalıdır. Müraciət etdiyimiz müəssisələr razılıq versə də, sonradan imtina ediblər. Ancaq biz yenə də cəhd edəcəyik”, - deyə o vurğulayıb.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında deyib ki, ayrı-ayrı fərdlər üçün yer problemi ola bilər, ancaq ümumilikdə Mili Şuranın sessiyası ilə bağlı yer problemi yoxdur: “Bizim qərargahımız var, sessiya istənilən vaxt burda keçirilə bilər. KXCP-nin qərargahı Mili Şuranın sessiyası üçün hazırdır. Əgər bizim qərargahımızı ehtiyat yer kimi saxlayırlarsa, onlara təşəkkür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar