Oqtay Əsədov Çexiya prezidenti ilə görüşdü
05 dekabr 2014 19:25 (UTC +04:00)

Oqtay Əsədov Çexiya prezidenti ilə görüşdü

0

Çexiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti bu gün Çexiya prezidenti Miloş Zemanla görüşüb. Lent.az-ın məlumatına görə, M. Zeman görüşdü çıxışı zamanı Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşı olduğunu xüsusi qeyd edib.

 

Görüşdə ölkələrimiz arasındakı əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlarımızın  bu sahəyə verdiyi töhfələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə qeyd olunub ki, ölkə başçılarının  qarşılıqlı səfərləri və imzalanan sənədlər münasibətlərimizin daha da genişlənməsinə təkan verir.

 


Elə həmin gün nümayəndə heyətimizin üzvləri Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Deputatlarımız bu ölkənin qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran  məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

O. Əsədov Deputatlar Palatasının Sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə görüşüb.

 

 

Görüşlər zamanı parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi, gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə  söhbətlər edilib.
 

 

Səfər çərçivəsində keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri Fərid Şərifov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar