Bu gün Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində son plenar iclas başlayıb.
APA-nın məlumatına görə, iclasın gündəliyinə Vergi, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və “İcra haqqında” qanunlara dəyişikliklər barədə qanun layihələri daxil edilib.