"Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıyıq" - <span style="color:red;">Prezident
22 oktyabr 2016 14:45 (UTC +04:00)

"Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıyıq" - Prezident

Oktyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, spiker Ali qonağı salamlayaraq onun Venesuela Prezidenti kimi ölkəmizə ilk rəsmi səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyinə inamını ifadə edib. Bildirildi ki, vaxtı ilə Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək.


Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, müxtəlif səviyyələrdə aparılan danışıqlar xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək. 


Biz Venesuela ilə siyasi, iqtisadi əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindəyik. Bu baxımdan ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması, ticarət dövriyyəsinin həcminin artırılması əhəmiyyətli məsələlərdəndir. Bunun üçün geniş imkanlar var. 


Milli Məclis Venesuela parlamenti ilə əlaqələrini daha da dərinləşdirmək niyyətindədir. Biz deputatlarımızın mütəmadi görüşlərini və qarşılıqlı səfərlərini bu baxımdan önəmli hesab edirik. Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılmışdır. Qarşılıqlı şəkildə hər iki ölkənin parlamentində də belə qrupların yaradılması, zənnimizcə, ümumi məqsədlərə xidmət edərdi. 
Bu gün Azərbaycan və Venesuela nümayəndə heyətləri BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Biz bu əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq. Hər iki ölkənin neft-qaz hasilatı sahəsində böyük təcrübəsi var.  Birgə səylərimiz nəticəsində mədəni, humanitar əlaqələrimizi də arzu edilən səviyyəyə çatdıra bilərik. Bu baxımdan turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələr üzrə tədbirlərin keçirilməsini zəruri hesab edirik. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. O, qeyd etdi ki, ölkəsi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır. Neft ölkəsi kimi tanınan Venesuela  OPEK-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir. Səfərdən məqsəd də qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsirləri fonunda neftin qiymətinin tənzimlənməsi üçün bu ölkələrin rəhbərləri ilə fikir mübadiləsi aparmaqdır. 
Qonaq ölkəsinin Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi niyyətində olduğunu söylədi. 
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə  Milli  Məclis  Sədrinin  birinci  müavini  Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar