Millət vəkili Gürcüstanın vitse-spikeri ilə görüşüb
20 dekabr 2012 12:40 (UTC +04:00)

Millət vəkili Gürcüstanın vitse-spikeri ilə görüşüb

0

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva ölkəmizdə səfərdə olan  Gürcüstan Parlamentinin vitse-spikeri Zurab Abaşidze ilə görüşüb. Lent.az-ın məlumatına görə, Zurab Abaşidzeni Gürcüstan Parlamentinin vitse-spikeri seçilməsi münasibətilə təbrik edən Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarından olduğunu qeyd edən millət vəkili bunun Azərbaycan  dövlətinin və Parlamentinin Gürcüstan ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin  göstəricilərindən biri olduğunu söyləyib.

 

Gürcüstan Parlamentinin vitse-spikeri Zurab Abaşidze təbrikə görə minnətdarlığını bildirib və Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. Zurab Abaşidze  Gürcüstan  Parlamentinin vitse-spikeri olaraq Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində əlindən gələn dəstəyini göstərəcəyini bildirib. O, vurğulayıb ki, Gürcüstanın yeni parlamenti və hökuməti Azərbaycanla əməkdaşlığın və dostluğun daha da genişləndirilməsində maraqlıdır və Gürcüstanın yeni baş naziri Bdzina İvanişvilini yaxın günlərdə Azərbaycana səfəri də Gürcüstanın Azərbaycanla münasibətlərin inkişafında nə qədər maraqlı olduğunu bir daha göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1300

Oxşar yazılar