Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə erməni işğalında qalan doğma kəndlərindəki ata evinin “google map” vasitəsilə görüntüsünü yayıb. Lent.az-ın xəbərinə görə, İqbal Ağazadə doğulduğu Füzuli rayonunun Merdinli kəndi haqda status da paylaşıb: “Yay aylarında dostlarımdan kimsə “kənddəyəm” deyəndə içimdə nəsə qırılır... Bir adamın kəndinin olmaması məncə faciədir, yarımçıqlıqdır... Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır. Hər gün xəritədə neçə dəfələrlə o yolları eynən uşaqlıqdakı kimi aşağı-yuxarı gedirəm. Eynən uşaqlıqdakı kimi...”
2626