Millət vəkili Qənirə Paşayeva Almaniyada Bielefeld Universitetində Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Lent.az-ın məlumatına görə, Almaniyanın Bielfeld bölgəsində yerləşən və ölkənin böyük universitetlərindən biri olan Bielefeld Universitetində çıxışı zamanı millət vəkili ermənilərin 20-ci əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib.
Q. Paşayeva Xocalıya Ədalət kompaniyası ilə bağlı geniş məlumat verərək hər kəsi, bütün alman cəmiyyətini Xocalıya Ədalət deməyə çağırıb. Tədbirin sonunda millət vəkili gənclərə Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib və onların suallarını geniş cavablandırıb.
Qeyd edək ki, konfrans və tədbir Azərbaycan-Alman Mədəniyyət Cəmiyyəti, Bielefeld Atatürkçü Düşüncə Dərnəyi, Türk-Akademisiyanlar Birliyinin təşkilatçılığı ilə keçirilib.